İctimai nəqliyyatın qiyməti artırılmayacaq – Nazirlikdən açıqlamabackend

İctimai nəqliyyatın qiyməti artırılmayacaq – Nazirlikdən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bəzi Kütləvi İnformasiya Vasitələrində ictimai nəqliyyatda şəhərdaxili avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı məlumatlar yayılır.
İqtisadiyyat Nazirliyindən  daxil olan məlumata görə, şəhərdaxili ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edilməyib və Şurada hazırda bu sahədə tarif tənzimlənməsinin aparılması məsələsi müzakirə olunmur.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının 30.07.2018-ci il tarixli Qərarına əsasən, ictimai nəqliyyatda şəhərdaxili sərnişindaşıma xidməti üzrə tarif bir gediş üzrə 30 qəpik, şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidməti üzrə isə tariflər məsafədən asılı olaraq təsdiq edilib.