İctimai nəqliyyat 2 gün işləməyəcəkbackend

İctimai nəqliyyat 2 gün işləməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda həftəsonu ictimai nəqliyyat işləməyəcək.

TİA.AZ-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 15 avqust saat 00:00-dan 17 avqust saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında ictimai nəqliyyatın fəaliyyəti qadağandır.

Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti də avqustun 31-dək dayandırılıb.