İcra Hakimiyyətinin başçısı 3-cü Alatavada sakinlərlə görüşüb-FOTObackend

İcra Hakimiyyətinin başçısı 3-cü Alatavada sakinlərlə görüşüb-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3-cü Alatavada aparılan abadlıq-quruculuq işlərinin gedişi ilə tanış olmuş, sakinləri narahat edən məsələlərlə maraqlanmış, onların müraciətlərini dinləmişdir.

Görüş zamanı bildirilmişdir ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması işləri uğurla həyata keçirilir. Görülmüş işlərin davamı olaraq 3-cü Alatava yaşayış sahəsində kommunikasiya xətləri təmir edilmiş, məhəllədaxili yollara yeni asfalt örtüyü vurulmuşdur. Hal-hazırda yaşayış sahəsində abadlıq işləri davam etdirilir.

Görüşdə sakinlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmiş, qaldırılan məsələlər həll olunmuşdur.