İcra hakimiyyəti tanınmış vəkilin pulunu ödəmir (SƏBƏB)backend

İcra hakimiyyəti tanınmış vəkilin pulunu ödəmir (SƏBƏB)

Yasamal Rayon İcra Hakimiyyəti tanınmış vəkilin dövlət tərəfindən ayrılan pulunu ödəmir. 
TİA.AZ-ın “Yeni Sabah”a istinadən məlumatına görə, bununla bağlı vəkil Tahir Əlirzayev Yasamal Rayon İcra Hakimiyyətindən Bakı İnzibati Məhkəməsinə şikayət verib. Məhkəmə prosesi hakim Nəriman Abıyevin sədrliyi ilə keçiriləcək.

 

Qeyd edək ki, 2018-ci ilin fevral ayından Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamla ölkədə dövlət hesabına ödənilən hüquqi yardımın məbləği 3 dəfə artırılaraq iş saatı üçün 6 manat olub.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az