ŞABRANDA BU KÜÇƏNİN SAKİNLƏRİ YOLSUZLUQDAN ŞİKAYƏT EDİR,”İCRA HAKİMIYYƏTİ  İSƏ “YOLA VERIR”- FOTO,VİDEObackend

ŞABRANDA BU KÜÇƏNİN SAKİNLƏRİ YOLSUZLUQDAN ŞİKAYƏT EDİR,”İCRA HAKİMIYYƏTİ  İSƏ “YOLA VERIR”- FOTO,VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şabran rayonu , 3 sotlar qəsəbəsinin, Babək küçəsinin sakinləri küçələrinin yolunun bərbad olması səbəbindən yayda toz-torpaqdan, qışda isə palçıqdan əziyyət çəkir”. Bu barədə TİA.AZ-a göndərilən şikayət məktubunda deyilir.

Məlumatda daha sonra bildirilir:

“Bu küçəyə asfalt çəkilmədiyindən və yol bərbad gündə olduğundan payızda, qışda yağış yağanda buradan keçmək çox müşkülə çevrilir, çox əziyyət çəkirik.

Hətta təcili yardım maşını,  taksi sürücüləri belə  yol kələ-kötür olduğundan bu  küçəyə gəlməkdən imtina edirlər, küçənin başında saxlayırlar. Taksinin bu küçəyə girmək istəməməsindən çox vaxtı  yüklərimizi uzaq məsafədən əllə daşımalı oluruq”

Sakinlər neçə illərdir bu küçədə yolsuzluqdan əziyyət çəkirlər, amma bu küçəyə asfalt çəkilmir ki, çəkilmir. Problemlə bağlı adıçəkilən küçədə yaşayan sakinlər bir neçə dəfə Şabran icra hakimiyyətinin məsul şəxslərinə müraciət etsələr də ,onlara ya deyiblər büdcədə pul yoxdur,ya da onları yola veriblər.

“Qabaqdan isə yağışlı günlər gəlir…Doğurdanmı bu kiçik problem həll etmək bu qədər çətindir?!””, -şikayət edən Şabran sakinləri soruşur.

50-ə yaxın sakin aiddiyatı qurumlardan bu problemlərinin həll olunmasını xahiş edir.

TİA.AZ