Tribuna İnformasiya Agentliyi

İcra başçısı özünə yeni müavin təyin etdi

01 Noyabr
Gədəbəy rayon İcra Hakimiyyətinə yeni təyinat olub.
Tia.az unikal.org-a istinadən xəbər verir ki, Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin müvafiq əmri ilə, Nağıyev Natiq Fərhad oğlu başçının birinci müavini vəzifəsinə gətirilib.
Sözügedən xəbəri Gədəbəy rayonu İcra Hakimiyyətindən təsdiqləyiblər.
Qeyd edək ki, Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısının birinci müavini təyin edilən Natiq Nağıyev bundan öncə Alnabat kənd üzrə icra nümayəndəsi olub.