“İçki məclislərinə getmirəm, çünki…”-Xuraman Şuşalıbackend

“İçki məclislərinə getmirəm, çünki…”-Xuraman Şuşalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İçki məclislərində proqramım olanda, xüsusən də səhnəyə çıxanda kişilərin baxışları məni narahat edirdi. O baxışları görür, ürpənirdim. İçki məclisləri mənə ağır gəlirdi”

Bu fikirləri Moderator.az-a açıqlamasında Xuraman Şuşalı bildirib:

“Bu gün içki məclislərinə getmirəm, çünki Allah izin vermir, onu bizə haram buyurub. Əvvəllər hicaba keçməmişdən öncə mən məclislərdə musiqi ifa edirdim, o zaman da özümdə narahatlıq hiss edirdim, sanki yüklənirdim, mənə ağır gəlirdi. O insanların baxışları üzərimdə hiss edirdim. Bilirəm ki, bunu oxuyandan sonra ağzıgöyçəklər mənfi rəylər yazacaq.

Heç kəs başqasının yerinə o biri dünyada Allahın qarşısında cavab vermir, ana belə balası ilə bir qəbrdə yatmır. Qəbir əzabı başqadır. Hər kəs özünə və əməllərinə cavabdehdir. Dünya malına görə dəyərmi içki məclislərində əylənmək? Allah sevdiyi bəndəsini ac saxlamır. Mən də hicaba keçəndən sonra az qazandım, amma bərəkətim oldu. Allah çəkə bilməyəcəyi yükü insana vemir. Mən hicaba keçəndə anam etiraz etdi. O istəyirdi ki, mən fəxri ad alım, ondan sonra hicaba keçim. Amma mən israr etdim. Seçimimə görə peşman deyiləm”.