İcarəyə götürdüyü “Gelandewagen”lə 65 yaşlı qocanı vurdubackend

İcarəyə götürdüyü “Gelandewagen”lə 65 yaşlı qocanı vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
TİA.AZ xəbər verir ki, “Report”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Nizami küçəsi ilə Puşkin küçələrinin kəsişməsində yolu keçən 1956-cı il təvəllüdlü Hüseynov Abdulmanaf Əhməd oğlunu “Gelandewagen” markalı avtomobil vurub.
Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı və bədənin müştərək travması diaqnozları qoyulub.
Qeyd edək ki, nəqliyyat vasitəsi paytaxtdakı avtomobil icarə şirkətlərindən birinə məxsusdur.
Hadisənin təfərrüatı araşdırılır.