İbtidai siniflərdə dərslər 25 dəqiqə olacaq (FOTO)backend

İbtidai siniflərdə dərslər 25 dəqiqə olacaq (FOTO)

Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən tədris planları təsdiq olunub.

Qaynarinfo xəbər verir ki, ibtidai siniflərin dərsi 25 dəqiqə davam edəcək.

Bununla bağlı artıq müəllimlər tərəfindən valideynlərə dərs cədvəli də göndərilir.

Birinci qrupun dərsi saat 08:00-dan 09:25 aralığında olacaq. Tənəffüs isə 5 dəqiqə çəkəcək.

İkinci qrupun birinci dərsi isə 09:45-də start götürəcək. Sonuncu dərs isə 10:45-11:10 aralığında olacaq.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki