İbrahima Vadji: “Sent-Etyen”ə qoşulduğum üçün çox xoşbəxtəm”backend

İbrahima Vadji: “Sent-Etyen”ə qoşulduğum üçün çox xoşbəxtəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Fransaya və xüsusən, belə bir kluba qoşulduğum üçün çox xoşbəxtəm. Məqsədlərimizə çatmaq üçün hər şeyi edəcəyəm”.
TİA.AZ xəbər verir ki, bunu “Qarabağ”dan “Sent-Etyen”ə keçən futbolçu İbrahima Vadji klubun rəsmi saytına açıqlamasında deyib.
27 yaşlı hücumçu hazırda özünü yaxşı hiss etdiyini və yeni komandasının formasını geyinməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, “Sent-Etyen” İbrahima Vadjinin keçidi üçün “köhlən atlar”a 1 milyon avrodan çox vəsait ödəyəcək. Seneqallı forvard 2025-ci ilin yayınadək nəzərdə tutulan müqaviləyə imza atıb. O, “Qarabağ”a 2021-ci ilin avqustunda transfer olunub.