Tribuna İnformasiya Agentliyi

İbn Sinanın əsəri irland dilində: Əsrlər sonra tapıldı – Foto

12 Mart

Orta əsrlərin ən böyük təbiblərindən sayılan, məşhur alim İbn Sinanın “Tibb Qanunu” adlı əsərinin irland dilində tərcüməsi aşkar edilib.

Kult.az “Qardian”a istinadən xəbər verir ki, tərcümə edilmiş əsərin müəyyən hissələri digər bir kitaba tikilmiş halda tapılıb.

Həmin kitabın isə XVI əsrdə İngiltərədə yaşayan Kornval ailəsinə məxsus olduğu deyilib.

Belə ki, məşhur əsərin tərcüməsi sözügedən əsrin 30-cu illərində Londonda çap edilmiş və latın dilli kitaba tikilmişdir.