I qrup üzrə plan yerlərinin sayı keçən ilə nisbətən azalıbbackend

I qrup üzrə plan yerlərinin sayı keçən ilə nisbətən azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu il üçün I qrup üzrə 5 179 subbaklavr da sənəd verib. Məsləhətim odur ki, onlar ilk növbədə özəl və regionlarda yerləşən ali təhsil müəssisələrini seçsinlər”.

TİA.AZ  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, I qrup üzrə 150 baldan çox nəticə göstərənlərin sayı 15 373 nəfər təşkil edir:

“20 552 namizəd 14 424 yerə iddiaçıdır. Keçənilki səviyyədə olan müsabiqə vəziyyəti gözlənilir. Bu il I qrup üzrə plan yeri keçən ilə nisbətən 1,96% azalıb. Bu il yeni ixtisaslar da var. Yaxud da keçən il olan bəzi ixtisaslar bu il siyahıda yoxdur”.