I MDB oyunlarında komandamızın bayraqdarı müəyyənləşdibackend

I MDB oyunlarında komandamızın bayraqdarı müəyyənləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Kazanda keçiriləcək I MDB Oyunlarının açılış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib.
TİA.AZ xəbər verir ki, bayrağı yunan-Roma güləşçisi Həsrət Cəfərov daşıyacaq. 67 kq çəki dərəcəsində çıxış edən güləşçimiz ötən həftə Ufada keçirilən gənclərin dünya çempionatının finalında erməni rəqibini məğlub edərək qızıl medala sahib olub.
Pandemiya ilə əlaqədar olaraq, açılış mərasimində hər ölkədən yalnız 30 idmançının iştirakı nəzərdə tutulur.
Yarış 4-11 sentyabrda təşkil olunacaq.