I dərəcə gözdən əlilliyi olan şəxslər Prezident təqaüdü alacaqbackend

I dərəcə gözdən əlilliyi olan şəxslər Prezident təqaüdü alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərman imzalayıb.

TİA.AZ-ın məlumatına görə, ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib və onun aylıq məbləği 210 manat müəyyən olunub.

Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.