Tribuna İnformasiya Agentliyi

Hüseyn Bolt çəkisizlik şəraitində də 1-ci oldu (VİDEO)

13 Sentyabr
Yamaykalı sabiq atlet Hüseyn Bolt çəkisizlik şəraitində qaçmağa çalışıb.
Qaynarinfo xəbər verir ki, 8 qat Olimpiya çempionunun iştirak etdiyi yarış Fransa səmasında “Airbus A310” təyyarəsində həyata keçirilib. Bolt çəkisizlik şəraitində corablarla qaçmağa çalışıb və bir neçə dəfə sürüşüb. Lakin sabiq atlet 3 nəfərin iştirak etdiyi yarışda qalib gəlib.
Bolt şampan firması tərəfindən təşkil edilən yarış barədə bu fikirləri səsləndirib:
“Bu, adama özünü konfet mağazasındakı uşaq kimi hiss etdirir”.