Hüquqşünasdan təklif: Korrupsionerlər ömürlük azadlıqdan məhrum edilsinbackend

Hüquqşünasdan təklif: Korrupsionerlər ömürlük azadlıqdan məhrum edilsin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Korrupsiyaya görə azadlıqdan məhrumetmə cəzası ömürlük olmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov KİVDF-in sabiq icraçı direktoru Vüqar Səfərli və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə dövlətə məxsus 18 milyon 500 min manat məbləğində pul vəsaitini mənimsəməsi ilə bağlı ittiham aktından danışarkən deyib. Vəkil bildirib ki, cinayət yolu ilə dövlət əmlakını oğurlayıb, talayan hər bir şəxslı bağlı məhkəmə iki qərar verir:
“Birincisi hökm, yəni cinayətkar cinayət məsuliyyətinə cəlb olunur. Əksər hallarda müəyyən müddətə azadlıqdan məhrum edilir, yaxud da ömürlük cəza. Azərbaycanda korrupsiyaya görə azadlıqdan ömürlük məhrumetmə cəzası yoxdur. Amma çox yaxşı olardı ki, bu olsun. Paralel isə məhkəmə qərar verir ki, həmin şəxs vurduğu zərəri ödəsin. Təbii ki, onun adına olan əmlakı da müsadirə olunur. Amma biz bilirik ki, Azərbaycanda oğru məmurlar dövlət büdcəsindən oğurladığı pul hesabına əldə etdiyi əmlakın yalnız bir hisəsini öz adına rəsmiləşdirir. Əksəriyyəti yaxın qohum-tanışın adına rəsmiləşdirilir və yaxud xarici ölkələrdə şirkətlərə yatırır. Bu səbəbdən də məhkəmənin qərarı ilə həmin əmlakın harada olmasını müəyyən etmək olmur. Adına olan əmlak alınır, qalan əmlak isə qaytarılmır, yəni batır. Həmin əmlakın bir hissəsinə də bizim oğru məmurlarımız azadlıqdan məhrumetmə müəssisələrində sultan, şah həyatına davam edirlər. Özlərinə gözəl şərait qururlar, ayrıca otaqları, telefonları, istədiyi şəxslə görüşürlər, sadəcə azadlqıları yoxdur”.
Əkrəm Həsənov bildirib ki, cəzacəkmə müəssisələrinə hansısa məmurun korrupsiyaya görə həbs olunması xəbəri gələndə, toy-bayram olur:
“Yeni pul mənbəyi gəlir deyə sevinirlər. Bir neçə il yatır, sonra çıxır və qalan pulu ilə həyatına davam edir. Korrupsiyaya görə, azadlıqdan məhrumetmə cəzası ömürlük olmalıdır. Ya da belə ola bilər ki, həmin şəxs vurduğu zərərin hamısını dövlətə qaytarsa, ona 5-10 il müddətinə azadlıqdan mərhumetmə cəzası verilər, yox əmlakı qaytarmasa, o halda ömürlük cəza qüvvəsində qalmalıdır. Bu halda həmin oğru məmurunun başqasının adına rəsmiləşdirdiyi əmlaklar üzə çıxar”.