Hüquq müdafiəçi Oqtay Gülalıyevdən xəbər varbackend

Hüquq müdafiəçi Oqtay Gülalıyevdən xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hüquq müdafiəçi Oqtay Gülalıyevin səhətində müsbət dəyişikliklər müşahidə olunur.
TİA.AZ xəbər verir ki, bu barədə AXCP-in Ali Məclisinin sədri Nurəddin Məmmədli məlumat verib. Onun sözlərinə görə, Oqtay Gülalıyev artıq əl-ayağını tərpədir:
“Çağırışlara reaksiya verir, xoş xəbər deyəndə gülümsəyir, əl və ayaqlarını tərpədə bilir. Allahım, möcüzəni əsirgəmə”.
Qeyd edək ki, paytaxtın Nəsimi rayonu ərazisində – 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.
Daha sonra O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyə aparılıb və İstanbul şəhərindəki Avrasiya Xəstəxanasına, oradan isə Amerikan Xəstəxanasına yerləşdirilib.
Oqtay Gülalıyev hazırda bir necə aydır ki, Azərbaycana gətirilib və müalicəsi evində davam etdirilir.