Humanitar atəşkəs bizi mövqemizdən döndərə bilməz-Qarabağ bizimdir,bizim olacaq!backend

Humanitar atəşkəs bizi mövqemizdən döndərə bilməz-Qarabağ bizimdir,bizim olacaq!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq vaxtilə Ermənistan dövlətinin vəhşicəsinə işğal etdiyi, Azərbaycanın əzəli torpaqları olan Qarabağ uğrunda müharibə başlayıb. Xalqımız bu müharibənin olmasını, Qarabağın yolunu 30 ildir ki, gözləyirdi. Axır ki bizim olanı almağa gəldik. Amma hələ də Ermənistan dövləti müqavimət göstərir, təxribatlara əl atır, Qarabağın Ermənistan torpağları olduğunu iddia edirlər. Bunun isə belə olmadığı tarixi faktlarlarla əsaslı şəkildə sübut olunmuşdur. Azərbaycan isə öz torpaqlarını almadan geri addım atmayacaq. Bu muharibədə bizə daim dəstək olan, yanımızda olan qardaş ölkə Türkiyə və Pakistana və bu müharibədə Azərbaycanı dəstəkləyən bütün ölkələrə, təşkilatlara və s.sonsuz təşəkkürlərimizi bildiririk. Şanlı ordumuz durmadan irəliyə doğru gedir və qələbələrimizin sayı gündən-günə artır,artacaqda. Çünki biz haqq yolundayıq. Düzgünlük, haqq-ədalət isə hər zaman qalib gələr.

Ermənistan artıq çox ağır vəziyyətdədir. Buna görədə danışıqlıqlar addımı atmağa məcburdur. Bunun üçün də Rusiyanın paytaxtı Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tutub.

Rusiya Xarici İşlər Nazirliyində keçirilən görüşdə bu ölkənin XiN başçısı Sergey Lavrov, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Zöhrab Mnatsakanyan iştirak etmişdir. Görüş 10 saatdan çox davam edib. Görüşün bu qədər uzunmüddətli olması vəziyyətin nə qədər gərgin olduğundan xəbər verir. Bu,son 20ildə Qarabağa dair ən uzun müddətli danışıqlar olub. Bu danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü. Bütün bu əməliyyat Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir. Cənab Prezidentimiz İlham Əliyev bu siyasi təzyiqlərə sinə gəlir və məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Ermənistan və onun havadarlarının bir araya gələrək Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır.

Hər kəs də bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır. Bu atəşkəs heç bir azərbaycanlını ruhdan salmasın. Cənab Prezidentimiz İlham Əliyevin 15iyul 2020-ci il tarixində Nazirlər Kabnetindəki çıxışını xatırlayın. O, çıxışında “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”.Bəli,bizim prezidentimiz öz diplomatik qabiliyyətilə hər zaman seçilmişdir.Buna görədə onun verdiyi qərarlardan heç şübhəniz olmasın.O nə etdiyini çox yaxşı bilir.Biz Ali baş komandanımıza güvənirik və hər zaman onu dəstəkləyirik.Əgər bundan

sonra Ermənistan yenə də öz siyasətini davam etdirəcəksə və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər. Mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Təmas xətti deyilən anlayış yoxdur. Münaqişənin hərbi həlli yoxdur tezisi də darmadağın edildi.

Hər kəs çox gözəl şəkildə bilirki Ermənistanın 30ildə qurduğu ordunu Azərbaycan 10gündə darmadağın etdi.Lazım olsa bundan da artığını edə bilər. Uzun illərdir ki, Ermənistan danışıqlar prosesində özünü üstün tərəf kimi aparmağa çalışır, şərtlər irəli sürür, beynəlxalq təşkilatların qərar və qətnamələrini, beynəlxalq ictimaiyyətin çağırışlarını qulaq ardına vurur, öz iradəsini diqtə etməyə çalışırdı. 10 günlük müharibə Ermənistanın hərbi-siyasi müstəvidə mövqeyini alt-üst etdi, onun iradəsini sarsıtdı, iqtisadiyyatını tam çökdürdü.

Bəli,biz birlikdə güclüyük.Azərbaycan xalqı bir yumruq kimi həmrəy olub birlikdə düşmənin öhdəsindən gəlir və gələcəkdə. Bu döyüşdə bir an belə olsun düşünmədən canlarını vətən uğrunda fəda edəcək əsgərlərimiz kifayət qədərdir.Onların bu əzmi,iradəsi sayəsində durmadan irəliyə doğru gedəcəyimizə inanırıq.Şanlı ordumuz düşmənə yaşatdırdıqlarını yaşatmadan əl çəkməyəcək.Bizim olanı geri almadan durmayacaq.Ali baş komandanımızın göstərişləri,düzgün taktikaları sayəsində tezliklə Qarabağımıza qovuşacağıq.Və azad edilmiş hər bir rayonda Azərbaycan bayrağı sancılacaq.Ön cəbhədə əsgərlərimizin,arxa cəbhədə isə biz gənclərin mübarizəsi sayəsində tezliklə Azərbaycan xalqı qələbə sevincini yaşayacaq.Qarabağ həmişə azərbaycanın olub və olacaqda!.

Günay İbadova

Nəsimi rayon gənci, Azərbaycan Dillər Universitetinin tələbəsi