Hulusi Akar çörəyi Zakir Həsənovla bölüşdü: “Allah türk ordusunu qorusun!”backend

Hulusi Akar çörəyi Zakir Həsənovla bölüşdü: “Allah türk ordusunu qorusun!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və türkiyəli həmkarı Hulusi Akar Qarsda keçirilən “Qış təlimi-2021” Türkiyə-Azərbaycan birgə təlimlərini izləyəndən sonra ərazidəki səhra çörəkxanasına baş çəkiblər.
TİA.AZ xəbər verir ki, türkiyəli nazir çörəklərdən birini götürərək onu həmkarı Z.Həsənovla bölüşüb.
Bundan başqa, nazirlər əsas müşahidə məntəqəsində təlimlərlə bağlı məlumat alıblar. Daha sonra hər iki nazir qış mövsümündə ordunun təchizatı ilə məşğul olan heyətin hərbi andını dinləyiblər. Hərbi marş bitdikdən sonra H.Akar və Z.Həsənov birlikdə “Allah türk ordusunu qorusun!” deyiblər.