Hulusi Akar azərbaycanlı şəhiddən danışarkən kövrəldi – VİDEObackend

Hulusi Akar azərbaycanlı şəhiddən danışarkən kövrəldi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Vətən müharibəsində şəhid olan baş leytenantı Valeh Məmiyevlə bağlı xatirələrini bölüşüb.

TİA.AZ-ın xəbərinə görə, nazir deyib ki, vaxtilə mərhum V.Məmiyevlə həmsöhbət olub.

“Bu oğlumuzla təlim zamanı söhbət etdik. “Bu təlimlər, uğurlar əhəmiyyətlidir, ancaq əsil uğur işğal altındakı torpaqların azad edilməsidir” dedik. Bu övladımızın hərbi əməliyyatda yaralanması və hospitalda “verdiyim sözə əməl elədim” deyib şəhid olması mənalı, əhəmiyyətli və dəyərli xatirədir”. Bu sözlərindən sonra H.Akar kövrəlib və göz yaşlarını saxlaya bilməyib.