Tribuna İnformasiya Agentliyi

“Huawei”in rəhbər şəxsi həbs edildi

06 Dekabr
Çinin texnologiya nəhəngi “Huawei”in maliyyə məsələləri üzrə rəhbər şəxsi və sədr müavini, həmçinin şirkətin qurucusu Ren Zhengfeinin qızı Meng Wanzhou həbs edilib.
TİA.AZ BBC-yə istinadən xəbər verir ki, Meng 1 dekabrda Kanadanın Vankuver şəhərində həbs edilərək ABŞ-a ekstradisiya edilib. ABŞ həbsin detalları barədə məlumat vermir və şirkətin İrana qarşı tətbiq edilən sanksiyaları pozub-pozmadığını araşdırır.
Çinin Kanadadakı səfiri həbsi pisləyərək Meng Wanzhounun azad edilməsini tələb edib.