Tribuna İnformasiya Agentliyi

“Huawei” Trampın texnologiyaların müdafiəsi haqqında fərmanını tənqid edib

16 May

Çinin “Huawei” şirkətinin rəhbərliyi hesab edir ki, ABŞ prezidenti Donald Trampın informasiya texnologiyalarının müdafiəsi haqqında fərmanı təşkilatın hüquqlarını məhdudlaşdırır.

Bu barədə “Report” AFP-yə istinadən xəbər verir.

Agentliyin “Twitter”dəki səhifəsində yerləşdirilmiş xəbərində qeyd edilir ki, ABŞ-dakı “əsassız məhdudiyyətlər” onların hüquqlarını pozur.

Şirkətdən vurğulayıblar ki, belə tədbirlər ABŞ-da təhlükəsizliyi yaxşılaşdırmayacaq, əksinə, texnologiyaların keyfiyyətinə mənfi təsir edəcək.

“Huawei”in Birləşmiş Ştatlarda fəaliyyətinin məhdudiyyəti ona gətirib çıxaracaq ki, ABŞ (alıcıları) seçimdə məhdudlaşdırılacaq və onlara (istehlakçılara-red) keyfiyyətsiz və daha çox bahalı alternativlərdən istifadə etmək lazım gələcək”, – deyə təşkilatın bəyanatında bildirilir.

Qeyd edək ki, ABŞ-ın Ticarət Nazirliyi Çinin “Huawei” şirkətini və onun 70 bölməsini qara siyahıya daxil edəcək.