Tribuna İnformasiya Agentliyi

“Huawei işi” yeni qlobal müharibəyə gətirə bilər

22 Dekabr

Huawei şirkətinin maliyyə direktorunun işi ABŞ və Çini ayıra və xalqların münasibətlərinə təsir edə bilər.

TİA.AZ Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, dekabrın 6-da Kanadada Huawei şirkətinin maliyyə direktoru Men Vançjou həbs edilib.

Dekabrın 10-da isə Çində keçmi kanadalı dipomat Maykl Kovriq və Kanada vətəndaşı Maykl Svapor həbs edilib.

Dekabrın 12-də Kanada məhkəməsi Huawei şirkətinin maliyyət direktorunu zaminə buraxıb.

Həbslər, Vaşinqton və Pekin arasındakı qarşıdurma qarşısında baş verə biləcək ən təhlükəli hadisələrdir.

Daha əvvəl ABŞ prezidenti Donald Trampın Huawei işinə qarışacağı deyilirdi.

“Bloomberg”in ekspertlərinin fikrincə, hadisələrin inkişafı iki ölkə arasında silahlı qarşıdurmaya apara bilər. Məsələ ondadır ki, son zamanlar bu ölkələr arasında münasibətlər onsuz da yaxşı deyil. İctimai fikirdə isə amerikalılar Çini “yeni şər imperiyası”, çinlilər isə ABŞ-ı ölkələrinin inkişafının qarşısını almaq istəyən dövlət hesab edirlər.