“Hraparak”: Tavuş bölgəsində Azərbaycana növbəti torpaq verməyə hazırlıq gedirbackend

“Hraparak”: Tavuş bölgəsində Azərbaycana növbəti torpaq verməyə hazırlıq gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hakimiyyət Tavuş bölgəsində alternativ yolun tikintisi üçün araşdırmalara başlayıb. Bəzi məlumatlara görə, artıq iş gedir.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.
“Söhbət Əskiparada yeni yolun tikintisindən gedir. Bu isə o deməkdir ki, Gorus-Qafan avtomobil yolu düşmənə veriləndən sonra növbə Tavuş sərhəd rayonlarına gələcək. Və Süniklə əhvalat təkrarlanmasın deyə – düşmən gəlib yolumuzda gömrük məntəqəsi qurdu, bir kənddən o biri kəndə getməyimizi qadağan etdi, biz isə alternativ yolun tikintisini başa çatdıra bilmədik – Tavuşda vaxtından əvvəl işə başlamağa qərar verdilər.
Ancaq Sünikdə hətta çətin keçilən, mürəkkəb, lakin ən azı təmirə ehtiyacı olan alternativ yol var idisə, Tavuşun “mübahisəli” hissələrində yol sıfırdan, dağların arasından çəkilməlidir, bu da çətin bir iş və bahalı prosesdir.
Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi bu məlumatı təkzib etmədən bizə qeyri-müəyyən cavab verdi: “Ermənistanda nəqliyyat şəbəkəsinin inkişafı diqqət mərkəzindədir. Həm mövcud yolların təmiri, həm də yeni infrastrukturların qurulması istiqamətində genişmiqyaslı işlər aparılır. Yol şəbəkəsinin sıxlığının artırılmasına ehtiyac olan ərazilərə xüsusi diqqət yetirilir. Ölkənin müxtəlif bölgələrində yeni marşrutların açılması ilə bağlı araşdırmalar aparılır”, – qəzet yazır.