“Hraparak: “Paşinyan 3-cü sənədi imzalamasa, Azərbaycan güc tətbiq edəcək”backend

“Hraparak: “Paşinyan 3-cü sənədi imzalamasa, Azərbaycan güc tətbiq edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qarabağda Rusiya sülhməramlılarının komandiri general-leytenant Rüstəm Muradov mayın 24-də Bakıda işgüzar səfərdə olub və oradan bizim üçün ürəkaçan xəbər gətirmədən qayıdıb”. 
TİA.AZ xəbər verir ki, bu sözlər “Hraparak” qəzetinin yazısında yer alıb. Qəzet yazır ki, səylərinə baxmayaraq, o, Azərbaycanı sərhədlərin müəyyənləşdirilməsi tələbindən imtina etməyə və qoşunlarını Qaragöldən çəkməyə razı sala bilməyib.
“Ona bildiriblər ki, Paşinyanla razılaşma var – seçkilərə qədər sərhəd delimitasiyası ilə bağlı işlərin hansı əsasda və hansı xəritədə aparılacağını müəyyən edəcək 3 sənəd imzalamaq. Azərbaycan bizim üçün əlverişsiz olan ASSR kartının əsas götürülməsinin tərəfdarıdır, Paşinyan bununla razılaşmasa, hərbi güc tətbiq ediləcək və seçkilərin keçirilməsinin qarşısını alacaqlar. Muradova Paşinyanın birbaşa vəd verdiyi çatdırlıb, ona görə vədi yerinə yetirməlidir”, – deyə qəzet yazır.