Hovuzda çimən qadınları çəkib təhqir edən döyülüb?backend

Hovuzda çimən qadınları çəkib təhqir edən döyülüb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə “Tiktok” sosial şəbəkəsində paylaşdığı video ilə gündəmə gələn şəxsdən xəbər var.

TİA.AZ manset.az-a istinadla xəbər verir ki, istirahət mərkəzlərinin birində video çəkərək insanlara qarşı alçaldıcı ifadələr işlədən şəxsin döyüldüyü bildirilir. Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Qeyd edilir ki, “magerramoff” adlı profilin sahibi bir neçə şəxs tərəfindən döyülüb. Onun müxəlif dərəcəli bədən xəsarətləri aldığı iddia olunur.

Xatırladaq ki, “magerramoff” “Tik-tok” platformasında hovuzda çimən qadınları canlı yayımda videoya çəkərək onu izləyən şəxslərə “hansınızın bacısıdır, deyin çəkməyim, qeyrət çəkənlər hanı?” şəklində ifadələr işlədib. 93 min izləyici olan istifadəçinin bu hərəkəti ciddi şəkildə qınanılıb. İstirahət mərkəzində dincələn qadınların görüntülərinin yayılması şəxsi həyata müdaxilə kimi dəyərləndirilib.