Tribuna İnformasiya Agentliyi

Hollivudda atışma zamanı 7 nəfər yaralanıb

11 İyun

Şimali Hollivuddakı əyləncə məclislərindən birində atışma olub.

“Report” xəbər verir ki, bu barədə “NBC” telekanalı məlumat yayıb.

Bildirilir ki, atışma zamanı 7 nəfər xəsarət alıb. Onlardan 6-ı odlu silahdan açılan atəşlə yaralanıb. Daha bir nəfər isə hadisə yerindən qaçarkən zədələnib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti sabitdir.

Telekanalın məlumatına görə, polis hadisə ilə bağlı 2 nəfəri saxlayıb.