Tribuna İnformasiya Agentliyi

Hollandiyada qondarma erməni soyqırımı abidəsi qoyulacaq

10 Aprel
Hollandiyanın paytaxtı Amsterdama qondarma erməni soyqırımı ilə bağlı abidə qoyulacaq.
Qaynarinfo BBCTürkcə-yə istinadən xəbər verir ki, Ermənistanda yerli heykəltaraşlardan biri tərəfindən hazırlanan və 3 hissədən ibarət olan lövhə Amsterdamdakı Erməin-Apostol kilsəsinin xarici divarına yapışdırılacaq.
Daşdan hazırlanan 3 metrlik lövhənin tən ortasında xaç və ətrafında bəzəklər, həmçinin erməni və holland dilində yazılar əks olunub.
Məlumata görə aprelin 21-də bir qrup Ermənistan hökumət nümayəndəsinin iştirakı ilə abidənin açılış mərasimi olacaq.
Xatırladaq ki, bu, Hollandiyada ilk belə abidə deyil. Daha öncə də Almelo şəhərindəki erməni kilsəsinin bağçasında və Assen şəhərindəki məzarlıqda da iki abidə qoyulmuşdu.
Qeyd edək ki, Hollandiya parlamenti fevral ayında 1915-ci il qondarma erməni soyqırımını tanımaq barədə qanun layihəsini qəbul etmiş, lakin rəsmi Ankaranın sərt reaksiyasından sonra hökumət parlamentin qərarını dəstəkləmədiyini və qondarma soyqırımı tanımayacağını açıqlamışdı. Buna baxmayaraq, Hollandiya hökuməti aprelin 24-də qondarma soyqırımın anım mərasimi üçün Ermənistana nazir səviyyəsində nümayəndə heyəti göndərəcək.