Hökumət əlində olan bu alətlə çörəyin bahalaşmasının qarşısını ala bilər – Ekspertbackend

Hökumət əlində olan bu alətlə çörəyin bahalaşmasının qarşısını ala bilər – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycanda un istehsalçılarına dotasiyalar verməklə un məhsullarının, o cümlədən çörəyin də qiymətinin bahalaşmasının qarşısını almaq mümkündür”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli un və çörəyin qiymətin bahalaşmasından danışarkən deyib. O, Azərbaycanda çörəyin qiymətinin Tarif Şurası tərəfindən tənzimlənmədiyini bildirib: “Azərbaycanda un və çörək qiymətləri dövlət tərəfindən tənzimlənmir. Dövlətin əlində bəzi alətlər var ki, onların vasitəsi ilə un və çörək qiymətlərinə təsir edə bilər. Əvvəllər un istehsalçılarına dotasiya verilirdi və yaxud da çörək istehsalçılarına müəyyən güzəştlərin edilməsi nəzərdə tutulurdu. Bunlar ləvğ edilib. Bunlar dövlət, yəni Tarif Şurası tərəfindən tənzimlənməyən qiymətlərdir. Bazardakı qiymət dəyişiklikləri bir müddətdən sonra əgər taxılın qiyməti artırsa və Azərbaycan özü-özünü taxılla təmin edə bilmirsə, cəmi 25% taxıl istehsal edib, 75% xaricdən asılıyıqsa, qiymət artımı da qaçılmaz olur”.
Natiq Cəfərli hökumətin əlində alətlərin olduğunu vurğulayıb: “Bu alətlər dotasiyalardan ibarətdir, məsələn, un istehsalçılarına hər bir tonuna əlavə dotasiyalar vermək olar. Məsələn, 50 manat dotasiya vermək olar ki, onlar da qiyməti artırmasınlar”.