backend

Hitlerin sevimli erməni generalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İkinci dünya müharibəsi zamanı ermənilərin, həmçinin onlardan təşkil olunmuş legionların Hitler Almaniyası üçün necə canfəşanlıqla savaşdıqlarını, eləcə də yəhudilərə qarşı cinayətlərdə iştirak etdiklərini sübut yetirən yüzlərlə real tarixi faktlar mövcuddur.  İkinci dünya müharibəsi zamanı ermənilərin, həmçinin onlardan təşkil olunmuş legionların Hitler Almaniyası üçün necə canfəşanlıqla savaşdıqlarını, eləcə də yəhudilərə qarşı cinayətlərdə iştirak etdiklərini sübut yetirən yüzlərlə real tarixi faktlar mövcuddur. Bütün bunlar tarixiçilər tərəfindən sübuta da yetirilib.

II Dünya Müharibəsi zamanı insanlığa qarşı törədilən cinayətlərdə əli olan şəxslərdən biri də Hitler Almaniyasının sadiq qulluqçusu, Vermaxtın məşhur simalarından olmuş general Quderiyandır. Erməni mənbələrində Haynz Quderyan “erməni hərbi nəzəriyyəçisi” kimi təqdim olunur, nasist, hitlerçi keçmişi isə arxa plana atılır.

III Reyx üçün böyük işlər görmüş erməni əsilli general Haynz Quderyan tarixi mənbələrə görə, Rusiyadan Şərqi Avropaya miqrasiya etmiş erməni ailələrindəndir. O, Polşada doğulub və böyüyüb.

Məşhur “Blitzkrieg Doctrine”nin (“İldırım sürətli müharibə” doktirinası) müəllifi əslində Ervin Rommel deyil, məhz general Quderiyandır. Erməni əsilli generalın “İldırım sürətli müharibə” strategiyasını Adolf Hitler şəxsən onun öz dilindən dinləmiş və bəyənmişdi.

Polşa və Fransanın işğalında müstəsna xidməti olan şəxslərdən biri, bəlkə də elə ən birincisi məhz erməni əsilli general Quderyan idi. Nasistlərin Fransa və Polşanın işğalı yüz minlərlə yəhudinin məhvinə və təqib edilməsinə səbəb olmuşdu.

Quderyan Polşa və Fransada qazandığı hərbi uğurlarını SSRİ ilə savaşda sona qədər təkrarlaya bilmədi, daha sonra isə Adolf Hitlerin göstərişilə Moskva ətrafındakı döyüşlərdə lazımi nəticə əldə etməməsi ucbatından cəbhədən uzaqlaşdırıldı.

1943-cü ildə baş verən məşhur Kursk döyüşündə də alman tank birliklərinə rəhbərlik edən əsas hərbi fiqurlardan biri Quderyan olmuşdu. Lakin o, almanların Kursk döyüşünə girməsinin tərəfdarı deyildi. 

1944-cü ilin iyun ayında Hitlerə qarşı təşkil edilmiş sui-qəsd uğursuz olandan sonra başladılan istintaq Quderyanın da sui-qəsdçilərlə dolayı əlaqəsinin olduğunu üzə çıxarmışdı. Buna görə də 1945-ci ildə, İkinci Dünya müharibəsinin sonunda Adolf Hitler şəxsi əmrilə o, tutduğu hərbi vəzifədən uzaqlaşdırmışdı. 

Müharibənin sonunda öz canının harayında olan, hərbi tribunaldan qorxan Quderyan 1945-ci ildə Amerika ordusuna könüllü təslim oldu. O, çox yaxşı bilirdi ki, SSRİ-yə təslim olsa, onu hansı aqibət gözləyir. 1948-ci ilə qədər ABŞ-ın hərbi əsiri olaraq nəzarətdə saxlanılır və təəccüblüdür ki, Nürnberq hərbi tribunalına çıxarılmır. Qərbin Quderyanla bağlı bu qərarı o zaman SSRİ-ni bərk hiddətləndirmiş və Moskva buna sərt etiraz etmişdi.

Həmin vaxt ərzində general Quderyan Britaniya və ABŞ-ın hərbi müzakirələrinə mütəmadi olaraq dəvət edilirdi. Beləcə, Adolf Hitlerin II Dünya Müharibəsi boyunca işlətdiyi hərbi-taktiki və strateji sirləri bir-bir onlara açıqlamağa başladı. 1954-cü ilə qədər, yəni ömrünün sonuna qədər Birləşmiş Ştatlar üçün Almaniya müdafiə nazirliyinin tərkibində hərbi struktur və islahatlarla bağlı işlərdə əsas adamlardan biri olaraq çalışmışdı.

Fərrux Həsənov