Tribuna İnformasiya Agentliyi

Hitlerin qohumu ilk dəfə danışdı – FOTO

09 Oktyabr

Adolf Hitlerin sağ qalan kişi qohumlarından biri ilk dəfə jurnalistlərə açıqlama verib. Hitlerin qardaşı nəvəsi Aleksander Stüart Xyuston Almaniyanın “Bild” nəşrinin əməkdaşları ilə danışıb.

Oxu.Az Lenta.ru-ya istinadla xəbər verir ki, kişi ABŞ prezidenti Donald Trampa və Almaniya kansleri Angela Merkelə olan münasibətlərindən söhbət edib.

“Tramp mənim fəxr edə biləcəyim sonuncu insandır. O, mənim sevmədiyim insanlardandır”, – o deyib.

Xyuston əlavə edib ki, o, yalançıları xoşlamır.

Onun sözlərinə görə, əlində imkan olsaydı, ən yaxşı işləyən insanlar arasında Merkelə səs verərdi.

“O, mənim xoşuma gəlir. O, çox ağıllı görünür”, – Xyuston qeyd edib.

Hazırda Aleksander Nyu-York ştatının Lonq-Aylenda sahillərində yaşayır. Onun 68 yaşı var.