Tribuna İnformasiya Agentliyi

Hindistanda güclü qasırğa: 30 ölü

09 İyun

Hindistanın Uttar-Pradeş ştatında azı 30 nəfər güclü tufanla müşahidə olunan leysan yağışları və qasırğalı külək nəticəsində həlak olub, daha 20 nəfər ciddi xəsarət alıb

TİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Bildirilir ki, tufan ölkənin şimal hissəsində yaxın günlərdə davam edəcək. Telekanalın xəbərinə görə, insan tələfatına və sakinlərin xəsarət almasına ağacların aşması, dam örtüklərini uçması və ildırım çaxması səbəb olub.