Tribuna İnformasiya Agentliyi

Hind okeanında Danimarka gəmisi partlayıb: itkin düşənlər var

07 Mart

Hindistanın Lakşadvip adaları yaxınlığında Danimarkanın “Maersk” şirkətinə məxsus konteyner daşıyan gəmidə partlayış baş verib.

TİA.AZ-ın məlumatına görə, hadisə zamanı gəmidə 27 ekipaj üzvü olub.

Partlayışın səbəbləri hələ məlum deyil.

 Ərazidə Hindistanın Sahil mühafizəsi və Dəniz axtarış-xilasetmə əməliyyatlarının əlaqələndirilməsi Mərkəzinin əməkdaşları çalışırlar.

İndiyədək 23 nəfər xilas edilib, 4 nəfər isə itkin düşmüş hesab edilir.