Hikmət Hacıyev: “Əsgərlərimiz Füzulidə bayraq asmağa salamat bina tapmırdılar”backend

Hikmət Hacıyev: “Əsgərlərimiz Füzulidə bayraq asmağa salamat bina tapmırdılar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İlk olaraq onu qeyd edim ki, Azərbaycan heç vaxt mülki əhalini hədəfə almır”.

TİA.AZ-ın verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, qarşı tərəf bizi Xankəndini bombalamaqda ittiham edir:

“Xankəndiyə gəldikdə isə orada Ermənistan ordusunun 2-3 əsas bazası, həmçinin əsas raket sistemləri yerləşir. Biz Ermənistanın Müdafiə Nazirliyinə Azərbaycanın mülki əhalisini hədəfə almaqdan çəkinmələri üçün xəbərdarlıq etmişdik. Xüsusilə, bundan sonra onlar mülki əhaliyə qarşı hücumlara başladılar.

Bundan əlavə, burada mülki əhalidəki itki ilə bağlı rəqəmlərə baxmaq lazımdır. Onlar tərəfdən və biz tərəfdən mülki itkilərin sayına baxın və müqayisə edin. Bu yaxınlarda işğaldan azad etdiyimiz Hadruta baxsanız, orada 1-2 yüngül dağıntıdan başqa mülki binalara zərər dəymədiyini görə bilərsiniz. Ancaq bizim işğaldan azad etdiyimiz Füzuli və Cəbrayıl rayonlarında ermənilərin nə cür dağıntılar etdiyini videolarda hər kəs görə bilər. Xüsusilə Füzuli şəhərində əsgərlərimiz bayraq asmaq üçün bir dənə salamat bina tapa bilmirdilər”.