HİKMƏT HACIYEV ABŞ-DA: “QARABAĞ MONOPOLİYASI” RUSİYADAN ALINIR? – EKSPERTbackend

HİKMƏT HACIYEV ABŞ-DA: “QARABAĞ MONOPOLİYASI” RUSİYADAN ALINIR? – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son zamanlar, xüsusilə də Ukrayna probleminin başladığı dövrdə ATƏT-in Minsk qrupunun həmsədrləri keçmiş münaqişə ilə bağlı bəzi problemlərin həlli istiqamətində ciddi səylər göstərirlər”. Bunu TİA.Az-a politoloq Xəyal Bəşirli deyib.
Ekspertin fikrincə, görünən odur ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın qələbəsinin rəsmiləşdirilməsi istiqamətində Rusiyada keçirilmiş üçgünlük görüşdən sonra artıq Qərb ölkələri, o cümlədən ABŞ bu prosesdə aktivliyi ələ almağa çalışır: “İstənilən halda regionda reallaşacaq sülh və sabitlik həmçinin gələcəkdə baş verəcək iqtisadi proseslərdə öz rollarının artırılması istiqamətində açıq şəkildə mövqe nümayiş etdirməkdədirlər. Azərbaycanın bu məsələlərdə mövqeyi ondan ibarətdir ki, İkinci Qarabağ müharibəsinə qədər münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində Azərbaycanın atdığı bütün addımları, göstərdiyi səyləri bu gün də davam etdirir.


Münaqişə həll olunsa da sonradan bəzi problemlərin həlli istiqamətində Azərbaycan istənilən platformaya açıq olduğunu nümayiş etdirir”.
Politoloq düşünür ki, ABŞ da hazırda dünyada baş verən proseslərin fonunda Cənubi Qafqaz regionunda sülhün təmin olunmasında maraqlıdır: “Bütün bu qüvvələrin maraqlarından öncə Azərbaycan daim bu prosesdə təşəbbüskar olub, sülhün təmin olunması istiqamətində real addımlarda həmişə Azərbaycan birinci olub. Düşünürəm ki, bu gün ABŞ-da Azərbaycan dövlətinin başçısı Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyevin görüşlər keçirməsi, ümumiyyətlə bu səfər sözügedən proseslər üçün xüsusi önəm kəsb edir. Hesab edirəm ki, artıq dünyada erməni lobbi və diasporunun cəhdləri uğursuzluğa düçar olacaq. Nəhayət ki, regionda bizim sülh təşəbbüslərimiz reallaşacaq”.

Aytac

TİA.Az