Hicran Şərifov şəhid dostunu məzar başında andı – VİDEObackend

32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd, Azərbaycan Milli Olimpiya Komitəsi NTK-nın sədri, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim, idman ustası Hicran Şərifov seçiciləri ilə birlikdə ölkəmizin ərazi bütövlüyü uğrunda itkin düşmüş, uşaqlıq və qəlbən yaxın dostu Elşad Qasımovun xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Əmircan qəsəbəsində baş tutan ziyarət zamanı deputatlığa namizəd söyləyib ki, Elşadla onun uşaqlığı, gəncliyi bir yerdə keçib: “Elşadla məni bağlayan tellər çox idi. Ən əsası biz hər ikimiz vətənpərvər idik və hər ikimiz Qarabağ döyüşlərində iştirak etdik. Mən qayıtdım, Elşadsa yox. Elşadın xatirəsi həmişə mənim üçün əzizdir. Kaş ki, Elşad sağ olaydı və dostunun təşviqat kampaniyasında iştirak edəydi”. Daha sonra qəsəbə sakinləri çıxış ediblər və bildiriblər ki, Hicran Şərifovla Elşad Qasımovun arasında çox səmimi və gözəl münasibətlər olub. Onlar Hicran Şərifovun deputat seçilməsini böyük uğur adlandıraraq, vətənpərvər, vətəninə və dövlətinə bağlı ziyalıların parlamentdə olmasının vacibliyini önə çəkiblər.