Hicran Şərifov Bülbülədə daha bir görüş keçirdi – FOTOLARbackend

Hicran Şərifov Bülbülədə daha bir görüş keçirdi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən deputatlığa namizəd, Azərbaycan Milli Olimpiya Komitəsi NTK-nın sədri, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim, idman ustası Hicran Şərifov Bülbülə qəsəbəsində seçicilərlə daha bir görüş keçirib.

Onlarla qəsəbə sakininin qatıldığı görüşdə H.Şərifov deputat seçiləcəyi təqdirdə görəcəyi işlərdən danışıb. O qeyd edib ki, icraedici hakimiyyət qolundan başlayan islahatlar bu gün artıq qanunverici hakimiyyət qoluna sirayət edib: “Kimi seçəcək və kimə etimad göstərəcəksinizsə, o namizəd də deputat olacaq. Seçki həm də məsuliyyətdir. Elə seçim etmək lazımdır ki, sonradan bu qərarına görə, məyus olmayasan”.

Çıxış edən Bülbülə sakinləri bildiriblər ki, onlar 9 fevralda keçirilən parlament seçkilərində hamılıqla Hicran Şərifova səs verəcəklər. Çünki Hicran onların arasında çıxan və həyatın ən çətin sınaqlarından ləyaqətlə çıxmağı bacaran insandır.