Hicran Şərifov Albert Aqarunovun heykəlini ziyarət etdi-VİDEObackend

Hicran Şərifov Albert Aqarunovun heykəlini ziyarət etdi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

32 saylı Üçüncü Suraxanı Seçki Dairəsindən deputatlığa namizəd, Azərbaycan Milli Olimpiya Komitəsi NTK-nın sədri, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim, idman ustası Hicran Şərifov Milli Qəhrəman, Qarabağ müharibəsi iştirakçısı Albert Aqarunovun xatirəsinə ucaldılan heykəli ziyarət edib.

Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olan Albert Aqarunoviç Aqarunov 1992-cu ilin mayında Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidin məzarı önündə çıış edən H.Şərifovun sözlərinə görə, Albert Azərbaycanda tolerantlığın, qəhrəmanlığın bariz nümunəsidir: “Albert örnək qoymağı bacaran, öz dövlətinə ləyaqətlə xidmət edən bir qəhrəmandır və mən fəxr edirəm ki, bu gün onun xatirəsini yad edirik”.

“Müharibə hələ bitməyib və nə qədər ki, doğma yurd-yuvalarımız düşmən tapdağındadır, biz hər an Cənab Prezident İlham Əliyevin göstərişi ilə döyüşməyə hazırıq. Necə ki, zamanında bunu etmişik və bundan sonra da lazım gəlsə edəcəyik”.

Ziyarət zamanı çıxış edən seçicilər Albert Aqarunovla bağlı xatirələrini bölüşüblər və Qarabağ döyüşlərində iştirak edən, bütün həyatını gənc nəslin sağlam tərbiyəsi və dövlətçiliyin qorunmasına həsr etmiş namizədə – Hicran Şərifova səs verəcəklərini bildiriblər.