Heykəltəraş Hikmət Mirzəyevə hazırladığı büstü təqdim edib – FOTOLARbackend

Heykəltəraş Hikmət Mirzəyevə hazırladığı büstü təqdim edib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının gənc müəllimi, heykəltəraş Zamik Rzayev Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı, general-leytenant Hikmət Mirzəyevin büstünü hazırlayıb.

TİA.AZ xəbər verir ki, heykəltəraş hazırladığı büstü XTQ komandanı Hikmət Mirzəyevə təqdim edib.

Qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı H.Mirzəyev Aprel döyüşlərinin və İkinci Qarabağ müharibəsinin hərbi rəhbərlərindən biridir. O, Cəbrayıl rayonunun və Şuşa şəhərinin azad olunması əməliyyatlarına rəhbərlik edib.

Prezident İlham Əliyev Vətən müharibəsi vaxtı – ötən il oktyabrın 17-də ona general-leytenant ali hərbi rütbəsi verib. Vətən Müharibəsi qələbəsinə həsr edilən Zəfər paradında üç kolondan ibarət Xüsusi Təyinatlı Qüvvələrin parad heyətinə də komandan Hikmət Mirzəyev rəhbərlik edib.