Tribuna İnformasiya Agentliyi

Heydər Əliyev Dövlət Xidmətində anıldı

12 Dekabr

Dekabrın 12-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilib. 

Dekabrın 12-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım mərasimi keçirilib.

Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev çıxış edərək Ümummilli Liderin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında və milli dövlətçiliyin formalaşdırılması sahəsində xidmətlərindən ətraflı danışıb.

Ulu Öndər Heydər Əliyevin hələ SSRİ dövründə milli hərbçi kadrların yetişdirilməsi işinə xüsusi əhəmiyyət verməsindən və müstəqilliyin bərpa edilməsindən sonra ordu quruculuğu prosesini uğurla həyata keçirməsindən söz açıb.

O, Ümumilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin insanları dövlətçilik ətrafında sıx birləşdirən meyara çevrildiyini bildirib. Qeyd etmişdir ki, hər bir azərbaycanlı Ulu Öndərin dövlət və xalq qarşısında xidmətlərini yüksək qiymətləndirir və Ümummilli Liderin xatirəsi daim qəlblərdə yaşayacaqdır.

Mərasimdə ulu öndər Heydər Əliyevə həsr olunmuş “Dahi qurucu” sənədli filmi nümayiş etdirilib.