HEYDƏR ƏLİYEV ADINA LİSEYIN MÜƏLLIMƏSİ LEYLA ƏLİYEVAYA MÜRACİƏT ÜNVANLADIbackend

HEYDƏR ƏLİYEV ADINA LİSEYIN MÜƏLLIMƏSİ LEYLA ƏLİYEVAYA MÜRACİƏT ÜNVANLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heydər Əliyev adına liseyin müəlliməsi Əsgərova Günay Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla xanım Əliyevaya müraciət ünvanlayıb.
TİA. Az xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli Leyla xanım Əliyeva, mən Əsgərova Günay, sizə qızım Nağızadə İlhamə üçün müraciət edirəm. Qızım 15 yaşlı Nağızadə İlhamə bir neçə il əvvəl Almaniyanın Tübingen şəhərində Kinderklinikdə sümük iliyi transplantasiyası ediləndən sonra yaranmış müxtəlif yan təsirlərin və qızımın bədəninə nəql edilmiş yeni donorun orqanlara qarşı ilik savaşının reabilitasiyasını başladıq.
Qısa olaraq Sizə məlumat verim ki, qızım Nağızadə İlhaməyə 2017- cı ildə Almaniyada sümük iliyi transplantasiyası edilib. Bundan sonra qızıma köçürülən yeni kök hüceyrələrinin yaratdığı GVHD-ə (orqanların savaşı) qarşı müalicələr aparmaq zərurəti yaranıb. Qızımın aldığı çox sayda kimya terapiyaların və hormon dərman fəsadlarının nəticəsində qaraciyərinin aldığı zərərin və orqanların savaşının aradan qaldırılması üçün müalicənin davam edilməsinə təcili ehtiyac var. Bu səbəbdən Klinika bizi protokol üzrə ildə 2 dəfə aparılmaqla 3 illik təcili müalicəyə çağırmışdır.
Kliniki nəticələrin təhlilinə əsasən çox əziyyətlər çəkmiş qızım da gələcəkdə ana ola bilməyəcək. Lakın həkimlərin dediklərinə görə, müalicə kursunu keçəndən sonra tam sağlamlığına qovuşa bilər. Bildirmək istəyirəm ki, əməliyyat sonrası immunoloji reaksiyalar tibbi müdaxilə ilə müalicə edilə bilir. Ağır transplantasiyadan sonra mütəmadi müalicələrə həkimlərin qənaətinə görə 18 yaşa qədər ehtiyac var, 3 il tam müalicə olunsa qızım da sağlam həyatına qovuşa bilər.
Son illərdə mümkün olan bütün vasitələrdən istifadə edib banka borclanıb qızımın müalicəsini etsəm də, bu yaranan vəziyyət bizi köməksiz vəziyyətdə qoyub, artıq Klinika da ödəmə olunmasa, vizanin uzadılmamaq riskini söylədiyi üçün yazıb, Sizə müraciət etməyə məcbur oldum.
Çünki ödəmə olunmasa qızım İlhamənin illərlə çəkdiyi əziyyəti hədər olar, xəstəliyi geri qayıdar. Hörmətli Leyla Xanım, xəstə qızımın sizin köməyinizə ehtiyacı var. Yuxarıda söylədiyim kimi Tubingen klinikası növbəti müalicə kursunun zəruri olması səbəbi ilə bizi yenidən müalicəyə çağırdı. Hazırda qızımın dərisində yaranmış əks reaksiyalara kimya terapiyalarla və steroidlərlə müdaxilə edilir.
Klinik sonuçlarına ve professorun qənaətinə görə, dəridə yaranmış ləkələr və analiz nəticələri qaraciyərin vəziyyətinin kəskin olmasından və serroz riskindən xəbər verir. Bu baxımdan nəzərdə tutulan 3 aylıq seanslar həm müayinə, həm də müalicə məqsədi daşıyır. Həkimlərin qənaətinə görə müalicə vaxtlı- vaxtında edilərsə, qızım tezliklə sağalacaqdır. Klinikanın göndərdiyi invoys əsasında müalicə, müayinə və yaşamaq xərcləri üçün sizin köməyinizə ehtiyacımız var.
Hörmətli Leyla xanım Əliyeva, Sizdən çox xahiş edirəm ki, mənim tək ana olduğumu, illərdi Heydər Əliyev adına Liseydə müəllimə olduğumu, balamı tək böyütməyimi, qızımın yeganə ümidim olmasını nəzərə alaraq illərdir əziyyət çəkən körpəmə rəhm edib müalicənin son mərhələsində də bizə köməklik göstərəsiniz. Qızım mənim yeganə övladımdır, gələcəyimdir, bütün ümidlərim onunla bağlıdır. İlhamə xəstəliyinə baxmayaraq 17 saylı məktəbdə dərslərində əlaçıdır, inanırıq ki, uğurlu vətən övladı olaraq böyüyüb Azərbaycanın gələcəyi üçün əlindən gələni edib vətənə layiqli övlad olacaqdır. Sizə bir daha təşəkkür edirik və uğurlar arzulayırıq. Allah Sizi var eləsin!”