Heydər Babayevin həyat yoldaşı Vaşinqtondakı villasını satdı-FOTObackend

Heydər Babayevin həyat yoldaşı Vaşinqtondakı villasını satdı-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva ABŞ-ın paytaxtı Vaşinqtondakı villasını satdığı məlum olub.TİA.AZ xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli məluumat yayıb.

O, bildirib ki, sabiq nazirin həyat yoldaşı Vaşinqton ətrafındakı 4609 CHARLESTON TER ünvanındakı villasını 2020-ci ilin mayında 1 milyon 860 min dollara satıb.

C.Həsənlinin araşdırmasına əsasən, villa 2008-ci ilin iyununda Kolumbiya ştatında keçmiş nazirin həyat yoldaşının təsis etdiyi “ALIYA BABAYEVA” LLC üzərindən alınıb.

Məlumata görə, şirkət 2011-ci ildə ləğv edilsə də əmlak iki il əvvəl satılıb. Satışın səbəbi bəlli deyil. Onun yeni sahibi amerikalı vəkil DECKELBAUM DAVID və THE CHARLESTON REVOCABLE TRUST-dır.
Sabiq nazirin 2011-ci ildə Lüksemburqda həyat yoldaşının adına MERCURY EUROPE HOLDINGS əmlak şirkəti təsis etdiyi məlumdur.

Qeyd edək ki, Heydər Babayev 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışmışıb. 2005-ci il 19 oktyabrda İqtisadi İnkişaf naziri təyin olunub. 2008-ci ilin 30 oktyabrında vəzifəsindən azad edilib.