Hesablama Palatası Gömrük komitəsinin rəsmi məlumatlarını şübhə altına alırbackend

Hesablama Palatası Gömrük komitəsinin rəsmi məlumatlarını şübhə altına alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkəyə qızıl idxalında bəzi şirkətlərə digərlərilə müqayisədə daha əlverişli şərait yaradılıb.
TİA.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində apardığı auditin nəticəsində əsasən hazırlanan hesabatda bildirilir. Hesabatda həmçinin deyilir ki:

“Azərbaycana xaricdən gətirilərək gömrükdə rəsmiləşdirilən qızıl zərgərlik məmulatlarının həcmi ilə, dövriyyədə olan məmulatların həcmində 3 dəfədən artıq fərq var. Qızıl idxalı ilə məşğul olan şirkət isə başqa idxalçılar qarşısında üstünlük imkanı qazanıb.
Palata bildirir ki, ölkəyə idxal edilən zərgərlik məmulatları qanunvericiliyin tələblərinə uyğun olmayaraq müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilərək bəyan edilir. Bu hallar gömrük inzibatçılığı çərçivəsində tam və hərtərəfli qaydada araşdırılmır və nəticədə dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri yandırılır. Bu da həmin məmulatların idxalı ilə məşğul olan hüquqi şəxs eyni fəaliyyətlə məşğul olan ( və ya məşğul olmağa cəhd edən) şəxslər qarşısında üstünlük əldə etməsi üçün əlverişli şərait yaradıb”.
Palata ölkəyə xaricdən gətirilən qızıl məmulatlarının həcmi ilə bağlı Gömrük Komitəsinin rəsmi məlumatlarını da şübhə altına alır.

Aytac Sahəd

TİA.AZ