Hərbi xidmət əleyhinə cinayət törədən 45 şəxs amnistiyaya düşübbackend

Hərbi xidmət əleyhinə cinayət törədən 45 şəxs amnistiyaya düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekoloji, hərbi xidmət əleyhinə, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə cinayət törədən və 8 Noyabr – Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya Aktının şamil olunduğu şəxslərin sayı açıqlanıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən TİA.AZ-a bildirilib ki, Amnistiya Aktı ekoloji cinayətlər törətmiş 48, hərbi xidmət əleyhinə olan cinayətlər törətmiş 45, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyinə olan cinayətlər törətmiş 220 şəxsə tətbiq edilib.