Tribuna İnformasiya Agentliyi

Hərbi Polisin rəisi dəyişdirildi

08 Dekabr

Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Azad Ağayev vəzifəsindən azad edilib. 

Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Azad Ağayev vəzifəsindən azad edilib.

TİA.AZ-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı Müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Müdafiə nazirinin digər əmri ilə bu vəzifəyə polkovnik Vasif Məmmədov təyin edilib.