Hərbi pilotlar döyüş tapşırıqlarını icra etdilər – VİDEObackend

Hərbi pilotlar döyüş tapşırıqlarını icra etdilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) iştirakı ilə ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimi davam edir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.Plana uyğun olaraq bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlarla uçuş edən hərbi pilotlar müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər.

Birgə taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.