Hərbçilərə yaşa görə əmək pensiyası təyin edilməsi qaydasına dəyişiklik edildibackend

Hərbçilərə yaşa görə əmək pensiyası təyin edilməsi qaydasına dəyişiklik edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda hərbi qulluqçulara yaşa görə əmək pensiyası təyin edilməsi qaydasına dəyişiklik edilib.

TİA.AZ-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik etməsi ilə mümkün olub.

Sənəddə qeyd edilib ki, hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunacaq. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir:

– hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər;

– məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər;

– hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər;

– ali zabit heyətinə aid şəxslər.