Hər kəsi təsirləndirən şəhid qızı rəssamlığı atasından öyrənib – VİDEObackend

Hər kəsi təsirləndirən şəhid qızı rəssamlığı atasından öyrənib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Pilot atasının ölümündən təsirlənən azyaşlının çəkdiyi rəsm görənlərin ürəyini dağladı.
Sən demə, 1-ci sinif şagirdi olan Banu Məmmədli rəssamlığı şəhid atasından öyrənib.
Helikopter qəzasında həlak olan mayor Murad Məmmədovun atası bildirir ki, oğlu hərbçi olsa da, rəsmə həvəsi olub. Rəssamlıq üzrə ali təhsil alan Muradın dəfələrlə sərgisi də keçirilib. Şəkil çəkməyə vurğun olsa da, şəhidimizin Vətən sevgisi onu hərbçi olmağa sövq edib.
Belə ki, Muradın yaxın dostu, pilot Abbas Qasımov Vətən müharibəsində şəhid olan ilk hərbçidir.
Həyata bax ki, Abbas ölümündən bir neçə dəqiqə əvvəl övladlarını sirdaşına, dostuna tapşıraraq şəhidlik məqamına ucalıb. Amma Murad da dostundan təxminən bir il sonra şəhid olub.
Muradın ölümündən iki gün əvvəl yaxınları ilə sanki vida söhbəti olub. Ailə üzvləri deyir ki, sağollaşarkən onlarla elə görüşüb ki, sanki sonuncu dəfədir.
Qismətə bax ki, elə belə də olur. Murad sonuncu dəfə səmaya qalxır və əbədiyyətə qovuşur.
Daha ətraflı Baku TV-nin süjetində: