Tribuna İnformasiya Agentliyi

Həmyerlilərini aldadan İraq vətəndaşı tutuldu

15 Dekabr

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçi­ril­miş tədbirlər za­ma­nı 1 nə­fər İraq və­tən­da­şı Ahmad Abdulhaq İsmael saxlanılıb. 

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçi­ril­miş tədbirlər za­ma­nı 1 nə­fər İraq və­tən­da­şı Ahmad Abdulhaq İsmael saxlanılıb.

DMX-dan TİA.AZ-a verilən məlumata görə, araşdırma zamanı A. A. İsmaelin İraq vətən­daş­la­­rının təhsil adı altında xarici ölkələrə göndərilmələrini təşkil etdiyi məlum ol­ub. “Ahmad Abdulhaq İsmael İraqın Kərkük şəhərində fəaliyyət gös­tərən “Karkuk Center for Education Services” şirkətinə rəhbərlik etdiyi dövrdə İraq vətəndaşlarının təhsil məqsədilə İordaniya Haşimi Krallığı, Rusiya Fe­­de­ra­si­yası, Uk­ray­na, Malayziya, Hindistan kimi ölkələrə göndərilmələrini təşkil edib. 2016-cı ildən baş­layaraq, Ahmad Abdulhaq İsmael həmvətənlərini al­da­daraq, Azərbaycana göndərilməsini təşkil etməyə başla­yıb.

Ahmad Abdulhaq İsmael ölkəmizdə fəa­liyyət göstərən ali təhsil müəssi­sə­lə­rin­d­ə təhsil al­­maq adı altında 30 nəfər İraq vətəndaşının müəyyən məbləğdə ödəniş qar­­şı­lı­ğın­da Azərbaycana gətirilməsini təşkil edib və on­ları müxtəlif ün­vanlarda yerləş­dirib. Lakin həmin əc­nə­bi­lə­rin burada ali təhsil müəs­sisələrinə qəbul edilmələri üçün zəruri prosedurları ye­ri­nə yetirməyib və həm­vətənlərindən dələduzluq yolu ilə aldığı küllü miqdarda vəsaiti mənim­səyib” – deyə DMX-dan bildirilib.

Qeyd olunub ki, faktlarla bağlı A. A. İsmaelin müvafiq məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür