Həmsədrlər yenə bəyanat verdi: Azərbaycanla Ermənistanı “danışıqlara başlamağa” çağırdılarbackend

Həmsədrlər yenə bəyanat verdi: Azərbaycanla Ermənistanı “danışıqlara başlamağa” çağırdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan sərhədindəki gərginlikdən və altı Ermənistan diversantının saxlanılmasından narahat olduqlarını bəyan ediblər.

Modern.az xəbər verir ki, onlar hər iki tərəfi sərhədləri dinc yolla delimitasiya və demarkasiya etmək üçün danışıqlara başlamağa və vəziyyətlə bağlı qoşunların köçürülməsi də daxil olmaqla, təcili addımlar atmağa çağırıblar.

Həmsədrlər İgor Popov, Stephane Visconti, Andre Schofer mayın 28-də bu barədə bəyanat yayıblar.

Həmsədrlər bəyanatda “bütün hərbi əsirlərin və digər məhbusların azad edilməsinə” çağırıblar.

Həmsədrlər tərəfləri noyabrdakı atəşkəs bəyannaməsi çərçivəsində götürdükləri öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırıb.

“Sərhəd mübahisələrini həll etmək üçün güc tətbiqi və ya güc təhdidi qəbuledilməzdir,”- bəyanatda qeyd olunur.

Bəyanatda qeyd olunur ki, həmsədrlər 27 və 28 may tarixlərində Cenevrədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer və BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Grandi ilə məsləhətləşmələr aparıblar.

Görüşlərdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anje Kaspşik də iştirak edib.